Atatürkü belə görmədiniz - VİDEO

14 Mart 2015 02:24 (UTC+04:00)

Türkiyədə Atatürkün ən yaxından çəkilmiş video görüntüləri izlənmə rekordu qırıb. Feysbuk sosial şəbəkəsində paylaşılan video 2 milyondan çox istifadəçi tərəfindən baxılıb.

Axar.az yazır ki, görüntülərdə Atatürkün müxtəlif tədbirlərdə çıxışları, jest və mimikaları diqqət çəkir. Hətta yemək yeməsi, siqaret çəkməsi, qatarla səfərə çıxması, ayrı-ayrı yerlərdə görüşləri öz əksini tapıb. Atatürkün çimərlikdə kadrları belə videoda yer alıb.

Qeyd edək ki, Türkiyə Cümhuriyyətinin banisi olan Mustafa Kamal Atatürk bütün zəmanələrdə müzakirə olunub.

Post by Tuncay Özkan.