Donetsk və Luqanskda seçkilər keçiriləcək

15 Mart 2015 07:42 (UTC+04:00)

Ölkənin şərqində münaqişənin getdikcə səngiməsi müşahidə edilir.

Publika.az xəbər verir ki, bu barədə Ukaynanın "1+1" televiziya kanalına müsahibəsində Prezident Poroşenko deyib. O deyib ki, növbəti mərhələ Donetsk və Luqansk vilayətlərinin bəzi ərazilərində seçkinin keçirilməsi olacaq.

Prezidentin sözlərinə görə, ukrayna hakimiyyəti Donbassa yerili özünü idarəetmənin ayrı-ayrı sahələrini ötürəcəyinə təminat veirir. Seçkilər isə uyğun şərait yarananda, keçirləcək.

"Həmin ərazilərdə Ukraynanın suvernliyini, Ukrayna hakimiyyətinin səlahiyyətini bərpa etmək üçün əlimizdən gələni edəcəyik", - Poroşenko vurğulayıb.

Eyni zamanda o, qeyd edib ki, ukrayna silahlı qüvvələri öz müdafiə qabiliyyətini möhkəmlndirməkdə davam edir.