Türkiyədə 4,6 bal gücündə zəlzələ olub

19 Fevral 2014 07:31 (UTC+04:00)

Türkiyənin Van vilayətində 4,6 bal gücündə zəlzələ baş verib. Bu barədə "Anadolu"i xəbər verir.

Boğaziçi Universiteti yanında Qəndilli Rəsədxanası və Zəlzələ Araşdırma İnstitutunun məlumatına əsasən, yerli vaxtla saat 23: 51-də, yerin 5 kilometr dərinliyində qeydə alınan zəlzələnin episentri Akçift kəndində olub.

İlkin məlumatlara görə, insan tələfatı və dağıntı olmayıb. Yeraltı təkanlar qısamüddətli təşvişə səbəb olub.