Uşaqları internetdən qoruyacaq qurum yaradılacaq

16 Mart 2015 09:32 (UTC+04:00)

Azərbaycan operativ şəkildə uşaqları və yeniyetmələri internetin mənfi təsirindən qoruyacaq.

Bu barədə Trend-ə telekommunikasiya bazarındakı mənbə bildirib.

Onun sözlərinə görə, bunun üçün xüsusi olaraq müvafiq qurum yaradılacaq.

Mənbə bildirib ki, Azərbaycanın Rabitə və Yüksək Texnologiyalar Nazirliyi müvafiq qurumun yaradılması üçün təklifləri hazırlayıb.