Putin səhhətindən danışdı: “Darıxdırıcı olur...”

16 Mart 2015 15:23 (UTC+04:00)

Rusiya prezidenti Vladimir Putin Qırğızıstan dövlət başçısı Almazbek Atambayevlə Sankt-Peterburqun Konstantinov sarayında görüşüb.

Publika.az RİA agentliyinə istinadən xəbər verir ki, Putin görüşdən əvvəl xəstəliyi barədə yayılan şayiələri şərh edib.

Yayılanları “qeybət” adlandıran Rusiya prezidenti “dedi-qodularsız darıxdırıcı olacaq” deyib.

Kremlin mətbuat xidmətindən verilən məlumata görə, gündəlikdə ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsi, hər şeydən əvvəl ticarət-investisiya, mədəni-humanitar və energetika sahələrində əməkdaşlıq məsələləri var.

Öz növbəsində, Qırğızıstan prezidenti bildirib ki, Vladimir Putin özünü yaxşı hiss edir.

Ömər Dağlı