İspan kralını öldürmək istəyən İŞİD terrorçuları SAXLANILIB

17 Mart 2015 13:40 (UTC+04:00)

İŞİD-in İspaniya kral ailəsinin üzvlərini öldürmək planının üstü açılıb.

Publika.az “Qazeta”ya istinadən bildirir ki, bu barədə məlumat terrorçuların ələ keçən yazışmalarından bəlli olub. 13 martda bu dəstə həbs edilib.

İŞİD-çilərin hədəfində İspan kralı 4-cü Felip və onun iki qızı olub. Terrorçular Barselonada, Avildə və Jironda həyata keçirilmiş genişmiqyaslı əməliyyatlar zamanı saxlanılıblar. Bütövlükdə polisin əlinə 8 nəfər terrorçu keçib.

X. Səfərli