Braziliyada dəhşətli cəza növü - FOTOLAR

19 Fevral 2014 12:39 (UTC+04:00)

Braziliyada ələ keçirilmiş oğrunu hüquq mühafizə orqanlarına təhvil vermək əvəzinə yerli əhali çox qəribə üsulla “qulaqburması” vermək fikrinə gəlib. Oğrunun əl-qolunu bağladıqdan sonra qəzəbli dəstə onu qarışqa yuvasına tərəf aparıb. Həşəratlar onu yad cisim kimi qəbul edərək sancmağa başlayıb.

“Edam”-a gələn dəstə gəncin qışqırıqlarına həmiyyət vermədən tamaşa edib. Oğruya cəza verən dəstə “Facebook”da hadisənin videosunu da paylaşıb. Amma sonradan həmin video silinib. Gəncin taleyi isə naməlum olaraq qalır.

Gəncin əl-qolunu bağlayıb qarışqalara atan dəstənin üzvləri qeyd ediblər ki, bu yolla Braziliyada cinayətin qarşısını almağa çalışırlar. Çünki, yerli məhkəmə sisteminə artıq etibarlarını itiriblər.

Camalə