"KamAz" "Toyota"nın üstünə aşdı - FOTO

19 Mart 2015 20:52 (UTC+04:00)

Bakıda, Ələt qəsəbəsinin girəcəyində yol qəzası baş verib.

Teleqraf.com-un əməkdaşının verdiyi xəbərə görə, burada mişar daşı yüklənmiş "Kamaz" markalı yük maşın "Toyota" markalı avtomobilin üstünə aşıb. Hadisə zamanı "Kamaz"da yalnız sürücü, "Toyota"da isə bir kişi və iki qadın olub. Xoşbəxtlikdən hadisə nəticəsində ölən və yaralanan olmayıb.