Polisdən qaçmaq üçün üzünü rənglədi - FOTOLAR

20 Mart 2015 07:46 (UTC+04:00)

ABŞ-ın Kaliforniya ştatında yaşayan 23 yaşlı Joze Espinoza polisdən gizlənmək üçün orijinal bir üsuldan istifadə edib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, oğurluqda ittiham olunan Espinoza polisin əlinə düşməməsi üçün üzünü qara boya ilə rəngləyib.

Lakin onun cəhdi uğursuz olub və polis tərəfindən saxlanılıb. Polisə ifadəsində üzünü bilərəkdən rənglədiyini etiraf edən Espinozanın istifadə etdiyi boya qabı dəlil olaraq götürülüb.

Ömər Dağlı