Sınaq imtahanının vaxtı məlum oldu

20 Mart 2015 18:10 (UTC+04:00)

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ali məktəblərə qəbul olmaq istəyən abituriyentlər üçün bu il ərzində keçirəcəyi üçüncü sınaq imtahanına yazılış vaxtını müəyyən edib.

Komissiyadan Publika.az-a verilən məlumata görə, abituriyentlər üçün üçüncü sınaq imtahanı aprelin 19-da keçiriləcək. Həmin imtahanda iştirak etmək üçün qeydiyyatın martın 30-dan etibarən aparılması nəzərdə tutulur. Sınaq imtahanlarına yazılış yalnız internet vasitəsilə şəxsiyyət vəsiqəsindən və TQDK-nın ödəmə kartından istifadə olunmaqla aparılır. Ödəmə kartını internet ödəmə vasitəsilə və ya bütün mobil operatorlardan 7735 nömrəsinə boş SMS göndərməklə əldə etmək olar.

Gülnar