84 yaşlı rahibə həbsxanaya salındı

19 Fevral 2014 13:55 (UTC+04:00)

ABŞ-da 84 yaşlı rahibə Meqan Rays 3 il müddətinə azadlıqdan məhrum olunub.

Milli.Az BBC-yə istinadən bildirir ki, o, 2012-ci ilin iyul ayında Tennesi ştatındakı uran anbarında nüvə silahına qarşı keçirilən etiraz aksiyasında iştirak etmişdi.


Aksiya ilə bağlı həbs olunmuş daha 2 şəxsin hər biri 5 il müddətinə azadlıqdan məhrum edilib.


84 yaşlı rahibə məkhəmədə deyib: "Əməlimə görə əsla peşman deyiləm. Yalnız ona təəssüflənirəm ki, belə addım atmaq üçün 70 il gözlədim".