100 yaşında həbs olundu

22 Mart 2015 08:53 (UTC+04:00)

Keniyada 100 yaşlı qadın həbs edildikdən bir həftə sonra azadlığa buraxılıb.

Marqaret Nqima ötən həftə məhkəməyə hörmətsizlik etdiyini görə 1000 dollar cərimə olunmuşdu.

O, pulu ödəyə bilmədiyi üçün həbs edilmişdi. Qadın başqa ailə ilə ərazi mübahisəsi etdiyindən məhkəmə qarşısına çıxmışdı.

Yaşlı qadının həbs cəzası Keniyada böyük əks-səda doğurmuşdu. Nəticədə M.Nqimanın cəriməsini Nayrobi senatoru Mike Sono ödəyib.

Əgər cərimə ödənilməsəydi, o, 3 ay məhbus həyatı yaşayacaqdı.