Məşhur restlinq döyüşçüsü rinqdə öldü -VİDEO

22 Mart 2015 12:50 (UTC+04:00)

Məşhur restlinq döyüşçüsü Perro Aquayo rinqdə ölüb.


AZƏRTAC xarici KİV-ləə istinadən xəbər verir ki, 35 yaşlı döyüşçüsü rəqibinin zərbəsini düzgün dəf edə bilməyib.


Tibbi ekspertlərin bildirdiyinə görə, onun ölümünə səbəb boyun fəqərələrinin zədələnməsi olub.

Hadisə Meksikanın Tixuana şəhərində keçirilən şouda baş verib.


Meksikalı ulduzun necə travma aldığı bilinmir. Həkimlər onun ölümünə səbəb kimi kəndirlərin oynayaraq zədələnmiş fəqərələri tərpətməsini göstərirlər.


Ölüm anında rəqibləri bunu hiss etməyib döyüşə davam ediblər. Bir müddət sonra isə Perronun hərəkətsizliyi tamaşaçıların və restlerlərin diqqətini cəlb edib.


Perro xəstəxanaya yerləşdirilsə də onun həyatını xilas etmək mümkün olmayıb.