Keçmiş prezident boşanır

22 Mart 2015 21:45 (UTC+04:00)

Almaniyanın keçmiş prezidenti Kristian Vulff və həyat yoldaşı Bettina boşanmaq qərarına gəliblər.

“Bild am Sonntag” qəzetinin xəbərinə görə, bir müddətdir ayrı yaşayan Kristian və Bettina Vulff boşanmaq üçün rəsmən məhkəməyə müraciət ediblər. Aprelin sonunda Hannover Ailə Məhkəməsi onların müraciətinə baxacaq.

Kristian və Bettina Vulff 2006-cı ildə tanış olub, 2008-ci ildə evlənmişdilər.

Onların bir oğlu var.