Avtomobil aşdı, sürücü öldü - ŞAMAXIDA

23 Mart 2015 22:49 (UTC+04:00)

Şamaxı rayonunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, Şamaxı rayon sakini Tacir Bayramov idarə etdiyi BMW markalı minik maşını aşırıb.

Tacir Bayramov hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı cinayət işi başlanıb.