Xırdalanda çoxmərtəbəli evdə yanğın olub

26 Mart 2015 15:08 (UTC+04:00)

Bu gün Abşeron rayonu, Xırdalan şəhərində çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.

Fövqaladə Hallar Nazirıiyinin mətbuat xidmətindən Publika.az- a verilən məlumata görə, binanın 3- cü mərtəbəsindən 6-cı mərtəbəsinə kimi şaxtadan keçən elektrik kabelləri yanıb.

Elektrik kabellərinin qalan hissəsi yanğından mühafizə olunub.Yanğın saat 09:32-də yanğınsöndürənlər tərəfindən söndürülüb.