Ərdoğan İran haqqında sərt danışdı

27 Mart 2015 05:15 (UTC+04:00)

Türkiyə prezidenti Rəcəb tayyib Ərdoğan ərəb ölkələrinin Yəmənə qarşı başladığı hərbi əməliyyata dəstək verib.

Məlumata görə, "France 24" kanalına danışan Ərdoğan Yəməndə baş verənlərdə İranı günahlandırıb: "İran və terrorçu qruplar Yəməndən çəkilməlidir'.

Ərdoğan həmçinin, Türkiyənin Yəməndə Husilərə qarşı başladılan əməliyyata lojistik dəstək veriləcəyini deyib.

Ərdoğan İranın İraqdakı rolu üçün belə deyib: "İran Mosulda İŞİD-in yerini almamalıdır".

Kürd probleminin həlli ilə bağlı sualı cavablandıran Türkiyə prezidentini Şimali İrlandiya da oduğu kimi PKK ilə qarşıdurmalara getməyəcəklərini bildirib.