Facebook hesabınızı bağlayın

27 Mart 2015 18:22 (UTC+04:00)

"Məlumatlarınızı ABŞ rəhbərliyinin görməsini istəmirsinizsə Facebook hesabınızı bağlayın".

Bunu Avropa Komissiyası nümayəndəsi Bernhard Şima deyib. O bildirib ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi insanların şəxsi məlumatlarını əldə edə bilir.

Məlumatın gizli saxlanılması ilə bağlı narahatlıqlara şərh verən Avropa Komissiyası nümayəndəsi sözlərinə belə davam edib:

"Ən kiçik bir narahatlığınız varsa Facebook hesabınızı bağlamağı düşünə bilərsiniz", - deyə Bernhard Şima söyləyib.

Qeyd edək ki, ABŞ-ın Milli Təhlükəsizlik Agentliyinin (NSA) 2010-ci ildən bu yana cib telefonlarını dinlədiyi, həmçinin SMS-lərin NSA-a tərəfindən izlənildiyi ilə bağlı iddialar Dünya mətbuatında böyük narazılığa səbəb olub.