Yəməndə 20 döyüşçü öldürüldü

28 Mart 2015 03:14 (UTC+04:00)

Yəmənin cənubunda Lahic şəhərində Husi döyüşçülərinə edilən hücum zamanı 20 nəfər öldürülüb.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, məsələ ilə bağlı prezident Abdurabbu Mənsur Hadi açıqlama verib. O, hadisə zamanı Husi döyüşçülərinin olduğu maşının partladıldığını bildirib.