Əsədin əsgərləri belə qaçdılar – VİDEO

28 Mart 2015 08:49 (UTC+04:00)

Suriyanın müxalif gücü olan “Fəth Ordusu”nun İdlib şəhərində təşkil etdiyi əməliyyatda məğlubiyyətə uğradılan rejim əsgərlərinin qaçış görüntüləri yayılıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, ötən günlərdə müxalifətin həyata keçirdiyi hücumlarda rejim ordusunun onlarla əsgəri öldürülmüş, bəziləri əsir alınmışdı.

Hücumlarda 6-dan çox tank məhv edilib, rejimə aid bəzi silah anbarları ələ keçirilib. Müxaliflər həmçinin rejimə aid “MİQ-29” hərbi təyyarəsini vurub.

Ömər Dağlı