İsrailin hərbi qüvvələri atəşə tutulub

28 Mart 2015 16:11 (UTC+04:00)

İsrailin Fələstinin qərbində yerləşən Nablus şəhəri yaxınlığındakı mövqeləri atəşə tutulub.

Publika.az xəbər verir ki, hücumun Nablusun cənubundakı Cəbəl Nablus bölgəsində həyata keçirildiyi bildirilir. İsrail mətbuatının verdiyi məlumata görə, hücumdan sonra hadisənin baş verdiyi bölgədə yerləşən Tellu-Ras hərbi bazasına əlavə qüvvələr göndərilib.

Sözügedən ölkənin hərbi qüvvələrinin eyni zamanda hücumu törədənləri tapmaq üçün bölgədə geniş miqyaslı araşdırma işləri də başlatdıqları bildirilir. Təl-Əviv mətbuatı hücum zamanı hər hansı bir itki və ya yaralı olmadığını xəbər verib.

Yeri gəlmişkən, dünən İordan çayının qərb sahilinin müxtəlif bölgələrində keçirilən aksiyalar zamanı iştirakçılara qarşı həqiqi və plastik güllələrlə, həmçinin qaz bombaları ilə hücumlar təşkil olunub.

Anar