İŞİD-ə 18 hava zərbəsi endirildi

29 Mart 2015 12:39 (UTC+04:00)

Dünən ABŞ-ın rəhbərliyi altında olan beynəlxalq koalisiya İŞİD-in İraqdakı mövqelərinə 18 hava zərbəsi endirib.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı Amerika hərbi komandanlığı yayıb.

Endirilən zərbələr nəticəsində 11 atəş nöqtəsi və bir neçə avtomobil sıradan çıxarılıb.

Qeyd edək ki, bundan öncə aparılan əməliyyatlar zamanı İraqın bir neçə şəhəri İŞİD-in nəzarətindən çıxmışdı.