İŞİD-in kürd lideri öldürüldü

30 Mart 2015 00:48 (UTC+04:00)

“İslam Dövləti” (İŞİD) terror təşkilatının “Mosul üzrə hərbi cavabdeh şəxsi” olan kürd komandiri Ziyad Səlim Məhəmməd Əli əl-Kurdi öldürülüb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, kürd lider ABŞ-ın liderlik etdiyi koalisiya güclərinə aid döyüş təyyarələrinin hava zərbələri nəticəsində ölüb.

Mosulda doğulan əl-Kurdinin 2004-ci ildə “Əl-Qaidə” ilə əlaqə yaratdığı, Zummar, Filfili, Tilkef, Bartille, Güver və Mahmurda İŞİD-in komandiri vəzifələrindən sonra İŞİD-in “Mosul üzrə hərbi cavabdeh şəxsi” təyin olduğu bildirilir.

Ömər Dağlı