Feministlərdən Fransaya çılpaq etiraz - FOTO

30 Mart 2015 03:14 (UTC+04:00)

Mərkəzi ofisi Ukraynada yerləşən femen qrupu Fransada keçirilən bələdiyyə seçkilərində iştirak edən Milli Cəbhə Partiyasının lideri Marine Le Penin səs verdiyi seçki məntəqəsinin qarşısında aksiya keçiriblər.

Teleqraf.com xəbər verir ki, üzərlərinə “edam cəzası, miqrantların düşməni, cinsi ayrıseçkilik, irqçilik və homofobi” yazaraq aksiyaya çıxan qadınlar ‘mən faşistəm" şüarını səsləndiriblər.


Qeyd edək ki, Fransada keçirilən bələdiyyə seşkiləri 2017-ci ildə olacaq prezident seçkiləri baxımından əhəmiyyətlidir. Həm Birlik Partiyasının lideri Nikoli Sarkozi, həm də Marine Le Pen bələdiyyə seçkilərindən sonra növbəti seçkilərlə bağlı qərarlarını açıqlayacaqlar.