Beren Saat iş qadını oldu

30 Mart 2015 11:30 (UTC+04:00)

Məşhur aktrisa Beren Saat həyat yoldaşı Kənan Doğulu ilə ortaq olub.

Publika.az xəbər verir ki, cütlük birlikdə Ankarada restoran açıb. Biznesdə uğurlu addımlar atmaq istəyən Berenin təkidilə məkana “Bis” adı verilib. Aprelin 4-də açılışı gözlənilən məkanda 260 nəfərlik banket, 400 nəfərlik konsert zalı var.

Deyilənlərə görə, məkanın gəlirini ər-arvad öz arasında bölüşdürəcək.

Ləman Sultan