İŞİD-in uşaq “cəlladlar”ı kamera qarşısında – VİDEO

30 Mart 2015 16:59 (UTC+04:00)

İŞİD terror təşkilatı kiçik yaşlı “cəlladlar”ı ilə bağlı video paylaşıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, uşaq “cəlladlar” 8 şiə girovun arxasına keçərək əllərində silahlarla görüntüləniblər.

Görüntülərin Suriyanın Xama şəhərində çəkildiyi bildirilir. Terror təşkilatının gənc üzvü 8 yaşındakı bir uşaqdan “cəlladlar”a edam bıçaqlarını paylamağı istəyir. Videoda danışan İŞİD-çi “Qılınclarımız yaxın vaxtlarda Əsəd və onun rejimi üçün baş kəsəcək” deyir.

Ömər Dağlı