İslam Kərimov seçkilərdə qələbə qazanıb

31 Mart 2015 07:49 (UTC+04:00)

Özbəkistanın hazırkı prezidenti İslam Kərimov ölkə başçısı seçkilərində qələbə qazanıb.

Publika.az-ın məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında Özbəkistan Mərkəzi Seçki Komissiyasının sədri Mirzə-Uluqbek Abdusalomov bildirib.

“Kərimov seçkilərdə iştirak edən 17,2 milyon insan və ya seçicilərin 90,39 faizi səs verib”, - deyə Abdusalomov vurğulayıb.

Qeyd edək ki, ötən gün Özbəkistanda prezident seçkiləri keçirilib. Səsvermə yerli vaxtla saat 06:00-da başlayıb.

Özbəkistanda prezident postu uğrunda 4 nəfər mübarizə aparıb. Onlar Liberal-Demokrat partiyasından namizəd İslam Kərimov, Xalq Demokratiyası partiyasının nümayəndəsi Hatamcon Ketmanov, “Milliy Tiklaniş” partiyasının üzvü Akmal Səidov və “Ədalət” partiyasından namizədliyi irəli sürülən Narimoan Umarovdur.