Fəzail Ağamalı “Facebook”da – FOTOLAR

2 Aprel 2015 16:54 (UTC+04:00)

“Facebook” sosial şəbəkəsində Milli Məclisin deputatı, Ana Vətən Partiyasının (AVP) sədri Fəzail Ağamalının adına səhifə yaradılıb.

Millət vəkili Fəzail Ağamalı sözügedən səhifənin onun tapşırığı ilə yaradıldığını Publika.az-a təsdiqləyib.

“Facebook"da adıma səhifə açdırmışam. Məqsəd də yalnız siyasi fəaliyyətimi, o cümlədən mediada gedən müsahibələrimi və fikirlərimi həmin səhifə vasitəsilə paylaşmaqdır. Yəni mən sosial şəbəkələrdən ancaq bu çərçivə daxilində istifadə etmək niyyətindəyəm” millət vəkili əlavə edib.

Vasif Həsənli