Maşın parkındakı 570 avtomobil külə döndü

4 Aprel 2015 09:50 (UTC+04:00)

Cənubi Koreyanın liman şəhəri Busanda baş verən böyük yanğın milyonlarla dollarlıq maddi ziyanla nəticələnib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, limanda yerləşən üçmərtəbəli avtomobil parkında yanğın baş verib.

Yanğın nəticəsində ikinci əl 570 avtomobil istifadə olunmaz hala gəlib. Dəyən zərərin 2,7 milyon dollar olduğu bildirilir.

Yanğının səbəbi haqqında məlumat verilməyib. Cənubi Koreya polisi yanğında ölən və yaralananların olmadığını açıqlayıb.

Ömər Dağlı