Qubada ev yandı

5 Aprel 2015 03:09 (UTC+04:00)

Quba rayonunda 4 otaqlı ev yanıb.

Publikaaz FHN-in rəsmi saytına istinadən xəbər verir ki, Quba rayonu, Susayqışlaq kəndində vətəndaşa məxsus ümumi sahəsi 120 kv.m olan birmərtəbəli 4 otaqlı evin 1 otağının yanar konstruksiyaları 20 kv.m sahədə yanıb. Yanğından evin qalan hissəsi mühafizə olunub.

Yanğın saat 15:25-də yanğınsöndürənlər tərəfindən söndürülüb