Milli Şuranın mitinqi haqqında RƏSMİ AŞIQLAMA

5 Aprel 2015 21:30 (UTC+04:00)

Bakı Şəhər Baş Polis İdarəsi Milli Şuranın aprelin 5-dəki mitinqi haqqında məlumat yayıb.

Məlumatda deyilir ki, “aprelin 5-də özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran qurumun Yasamal rayonundakı "Məhsul" stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib.

Saat 15.00-dan 17.00-dək davam edən toplantıda həmin quruma daxil olan ayrı-ayrı partiyaların, bir sıra müxalifətyönümlü qeyri-hökumət təşkilatlarının və bəzi radikal dini qrupların ümumi sayı 500 (beş yüz) nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib.

İctimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması hallarına yol verilməyib”.