Yeddi Azərbaycan vətəndaşı Yəməndən çıxarılıb

6 Aprel 2015 12:48 (UTC+04:00)

Yəmənin paytaxtı Sana şəhərindəki bütün azərbaycanlılar oradan çıxarılıb.

Bu barədə Azərbaycanın Yəməndə də akkreditə olunmuş Səudiyyə Ərəbistanındakı səfirliyinin 2-ci katibi, konsul Emil Qasımzadə məlumat verib.

Konsul bildirib ki, sonuncu azərbaycanlıların Yəməndən çıxarılmasına Türkiyə dövləti kömək edib: “Dünən 7 nəfər azərbaycanlı Sana aeroportundan Türkiyə tərəfinin vasitəsilə təxliyyə olunub. Onlar təyyarə ilə birbaşa İstanbul şəhərinə uçublar. Hazırda Sana aeroportunda təxliyyə olunmağı gözləyən azərbaycanlı yoxdur”.

Xatırladaq ki, aprelin 2-də iki Azərbaycan vətəndaşı Rusiyaya məxsus təyyarə ilə Yəməndən çıxarılıb.(apa)