Aprelin 13-də "Neftçi"dən xəbərlər olacaq

8 Aprel 2015 15:16 (UTC+04:00)

"Neftçi"nin Müşahidə Şurasının ilk iclasının vaхtı müəyyənləşib.

Publika.az хəbər verir ki, toplantı aprelin 13-də baş tutacaq.

Həmin gün "Neftçi" Azərbaycan kubokunun yarımfinal mərhələsi çərçivəsində "Bakcell Arena"da "İnter"lə qarşılaşacaq.

İclas həmin gün bu stadionda, saat 17.00-da başlayacaq. Toplantıdan sonra media nümayəndələri üçün brifinq keçiriləcək.