Bəşər Əsəd Türkiyədə xaos hazırlayır – İDDİA

9 Aprel 2015 16:04 (UTC+04:00)

Suriya türkmənlərinin ən kompakt yaşadığı ərazilərdən biri olan Bayırbucakda yaşayan 2-ci dəstə komandiri, 5 fərqli hərbi birliyə nəzarət edən polkovnik Ebul Fadıl (Ahmet Arnavut) son bir ay içərisində Türkmən dağı və onun ətrafında bir sıra xoşagəlməz hadisələrin baş verdiyini iddia edib.

Publika.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, Ebul Fadıl Lazkiyədəki Türkmən dağında yerləşən qərargahında etdiyi çıxışında deyib ki, Suriya prezidenti Bəşər Əsədin İrandan gətirdiyi 3 min hərbçi Türkmən dağı ərazisində yerləşdirilib. Onun sözlərinə görə, Bəşər Əsəd Türkiyədə xaos yaratmaq üçün Suriyadan Türkiyəyə terror ixrac edir: “Rejimin nəzarətində olan Suriyanın Basit qəsəbəsində bir təlim mərkəzi yerləşir. Türkiyəyə gedən xeyli sayda şəxs də məhz bu təlim mərkəzində hazırlanıb”.

Vasif Həsənli