“Victoria's Secret” mələyi Merilin Monroya çevrildi – FOTOLAR

9 Aprel 2015 23:48 (UTC+04:00)

“Victoria's Secret”in ən populyar modellərindən biri olan Kendis Sveynpol məşhur kosmetika brendi “Max Factor”un siması olub.

Publika.az-ın məlumatına görə, markanın reklam çəkilişi üçün kamera qarşısına keçən gözəl modeli retro stiliylə diqqət çəkib. Əfsanəvi ulduz Merilin Monronun obrazına bürünən Kendis gözəlliyilə göz qamaşdırıb.

Reklam çarxının bir neçə gün sonra mətbuata təqdim ediləcəyi gözlənilir.

Ləman Sultan