Nazarovdan 70 dəqiqə

12 Aprel 2015 03:16 (UTC+04:00)

Almaniya II Bundesliqasında 28-ci turun oyunları baş tutub.

Publika.az xəbər verir ki, yığma komandamızın yarımmüdafiəçisi Dmitri Nazarovun formasını geyindiyi "Karlsrue" də növbəti matçını keçirib. "Karlsrue" doğma meydanda "Sankt Pauli" ilə üz-üzə gəlib. Görüş “Karlsrue”nin 3:0 hesablı qələbəsi ilə bitib. Start heyətdə meydana çıxan və matçın 70-ci dəqiqəsində əvəzlən Nazarov məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, komanda hazırda 48 xalla 4-cü pillədəyer alıb.