Qadın mütəxəssislər üçün məşqçi kursu

14 Aprel 2015 20:28 (UTC+04:00)

Futbol kişi oyunu hesab olunsa da, qadınlar üçün də yad deyil. Təkcə meydanda yox, hakimlikdə də zərif cins nümayəndələrinə rast gəlmək mümkündür. Amma məşqçi kimi fəaliyyət göstərən qadınlara nadir hallarda rast gəlmək olar.

Publika.az xəbər verir ki, aprelin 15-dən 19-dək Bakıda AFFA-nın təşkilatçılığı ilə qadın mütəxəssislər üçün UEFA-nın B kateqoriyalı məşqçi kursunun 1-ci mərhələsi keçiriləcək.

Məşğələlərə UEFA təlimatçısı, almaniyalı mütəxəssis Anya Paluşeviç rəhbərlik edəcək.