Əkbər həmkarına səsləndi: “Bu, sənin yemin deyil”

16 Aprel 2015 19:10 (UTC+04:00)

Tanınmış aktyor və aparıcı Əkbər Əlizadə bəzi həmkarlarından gileylənib.

Publika.az-ın məlumatına görə, “Space”-nin “Günaydın” verilişində qonaq olan Əkbər həyatda və işdə ona mane olan insanlardan uzaq gəzib-dolaşdığını deyib: “Mən həmişə çalışmışam ki, mənə mane olmaq istəyən adamlardan uzaq olum ki, baş-qulağım dinc olsun. Bəzi adamlar var ki, açıq şəkildə sənə problem yaradır. Elələrinə demək istəyirəm ki, niyə əl-ayağa düşürsən, axı bu iş sənin yemin deyil. Sən mənim yerimə keçsən də, bu işin öhdəsindən gələ bilməyəcəksən”.

Qeyd edək ki, “Günaydın” verilişi həftə içi 5 gün Vüsalə Kərimovanın təqdimatında “Space” telekanalında yayımlanır.

Cəvahir