Miranda Kerin yeni sevgilisi - FOTOLAR

12 İyun 2014 11:11 (UTC+04:00)

Avstraliyalı model Miranda Kerin yeni sevgilisi ilə çəkilmiş fotoları yayılıb.

Tabloid.az xəbər verir ki, Sidneydə yaxtada çəkilən fotolarda Kerinin adının Çali Qoldsmit olduğu deyilən yaraşıqlı bəylə çox səmimi olduğu görünür.

Model hələlik iddialarla bağlı heç bir açıqlama verməyib.

Qeyd edək ki, aktyor Orlando Blumdan boşandıqdan sonra Kerinin bir çox gənc və yaraşıqlı kişilərlə sevgili olduğu iddia edilib. Amma bu iddialar öz təsdiqini tapmayıb.