Qağayılar məşhur müğənniyə hücum etdi

23 İyun 2014 17:43 (UTC+04:00)

Türkiyəli müğənni Ayşegül Aldinç qağayıların hücumuna məruz qalıb.

İstanbulun Cihangir bölgəsindəki evinin balkonunda baş verən hadisə nəticəsində başından yaralanan Aldinçin vəziyyətinin hazırda yaxşı olduğu bildirilir.

Müğənni hadisədən dərhal sonra “Tvitter” səhifəsindən bu statusu paylaşıb: “Mənim kimi heyvansevərin balkonda beyninin deşilməsi caizdir?"