“Elə qucaqlayır, az qalıram boğulam” - FOTOLAR

30 İyun 2014 15:29 (UTC+04:00)

Əməkdar artist Elza Seyidcahan oğlu Ələkbərlə fotolarını “Instagram”da paylaşıb.

Ekstravaqant sənətçi yenicə ailə quran oğlunu doğum günü münasibətilə təbrik edib.

Oğlunu bağrına basması ilə diqqət çəkən Elza nostalji hislərə qapılıb: “Ələkbərin uşaqlıqdakı xasiyyəti necədirsə, indi də elə qalıb, məni elə qucaqlayır, az qalıram boğulam. Mənim ağıllı balam”.