“Arvadıma başqaları ilə öpüşmə!” deyə bilmərəm”

18 Avqust 2014 18:42 (UTC+04:00)

Aktyor Halit Ərgənç maraqlı açıqlamalar verib.

O, müsahibələrinin birində həyat yoldaşı, aktrisa Bərgüzar Korellə olan münasibətindən danışıb. Halit xanımının rol üçün öpüşməsinə qadağa qoymadığını bildirib.

“İkimiz də aktyoruq və sənətimizi çox sevirik. Əlbəttə ki, rolumuz tələb edən hər şeyi etməliyik. Mən də ssenaridə yazıldığı üçün çoxlu qadınlarla öpüşmüşəm. Xanımıma “Öpüşməyəcəksən!” deyə bilərəm? Gərək onda peşəmizə olan baxış bucağımızı dəyişək. Kim nə deyirsə, desin, vecimə deyil. Mən həmişə Bərgüzarın yanındayam”.

Tabloid.az