Madonna sevgilisini evdən qovdu

21 Avqust 2014 19:58 (UTC+04:00)

Madonna 26 yaşlı sevgilisi Timor Steffensdən ayrılıb.

Pop ulduzla sevgilisinin münasibətlərinin Avropa səyahəti zamanı korlandığı deyilir. Cütlüyə yaxın mənbələr bildirirlər ki, Madonna sevgilisini evdən qovub. Müğənninin əvvəlcədən bu əlaqəni ciddi qəbul etmədiyi deyilir.

Qeyd edək ki, Madonna ilə Timor bu ilin yanvarından eşq yaşamağa başlamışdılar.

Tabloid.az