Naomi Kempbel cazibədarlığını nümayiş etdirdi – Fotolar

8 Sentyabr 2014 13:25 (UTC+04:00)

Dünyanın ən məşhur modellərindən Naomi Kempbel “Harper's Bazaar” jurnalının üz qabığı üçün fotosessiya etdirib. Jurnalın 35-ci il dönümü münasibətilə kamera qarşısına keçən model pozaları ilə hamını özünə heyran qoyub.

Fotoqraf Hao Zenqin çəkdiyi fotolarda Naomi “Balmain”, “Stella McCartney” və “Prada” kimi brendlərin ən gözəl geyimlərində görünür.

Gəncləri kölgədə qoyan qüsursuz gözəlliyini nümayiş etdirən 44 yaşlı modelin yeni fotolarını təqdim edirik:

Tabloid.az