Fahriyə Evcən Kıvanc Tatlıtuğu əsəbiləşdirdi

10 Sentyabr 2014 19:42 (UTC+04:00)

Türkiyəli aktrisa Fahriye Evcənlə yaraşıqlı aktyor Kıvanc Tatlıtuğun arası dəyib.

Buna səbəb Fahriyənin çəkiliş meydançasına düz 3 saat gecikməsi olub. “Kurt Seyit və Şura” serialının tanıtım videosu üçün kamera qarşısına keçməyə hazırlaşan aktyor və aktrisalar 3 saat makiyaj etdirən Fahriyəni gözləməli olublar. Kıvanc Tatlıtuğ isə əsəbiləşib və çəkiliş meydançasını tərk edib.

Serialın prodüseri mövzu ilə bağlı heç bir açıqlama verməyib.

Tabloid.az