Alim Qasımov Vyana və Meksikada konsert verəcək

8 Oktyabr 2014 17:39 (UTC+04:00)

Xalq artisti Alim Qasımov Meksika və Vyanada konsert proqramları ilə çıxış edəcək.

Tabloid.az xəbər verir ki, muğam ifaçısı oktyabrın 15-də Meksikaya yola düşəcək. Meksikada dörd günlük konsert proqramı nəzərdə tutulur.

Alim Qasımovun Vyana konsertləri isə oktyabrın 29-30-da olacaq. Sənətçi Vyanada qızı, əməkdar Artist Fərqanə Qasımova ilə birgə çıxış edəcək.