Xuraman Şuşalı yenə də ana olmağa hazırlaşır - Fotolar

14 Oktyabr 2014 13:37 (UTC+04:00)

Bu gün Xuraman Şuşalının qızı Surənin 2 yaşı tamam olur. Sənətçi tabloid.az-a qızına dəbdəbəli doğum günü keçirmək niyyətinin olmadığını açıqladı:

“Surənin 1 yaşını da keçirmədik. O ərəfədə anam yataq xəstəsi idi. Müayinədən keçdi, cavablar ürəkaçan olmadığı üçün ad günü keçirmək əhval-ruhiyyəsindən uzaq oldum. Amma anam o vəziyyətdə evdə qızımın adına süfrə açdı. Bu gün də qeyri-adi heç nə etməyəcəm. Atası nə proqram düşünsə, ailəvi şəkildə restorana, ya gəzməyə çıxa bilərik. Anamın vəfatından 7 ay ötür, amma nədənsə təmtərağa həvəsim yoxdur”, – deyən Xuraman xanımın 3-cü övladını dünyaya gətirməyə hazırlaşıdğını öyrəndik.