ABŞ-ın birinci xanımı Mişel Obamanın “turp rəqsi” - Video

16 Oktyabr 2014 18:13 (UTC+04:00)

ABŞ-ın birinci xanımı Mişel Obamanın “turp rəqsi” fenomenə çevrilib. Ağ evin “Vine” hesabından özünə ünvanlanan sualları cavablandıran Mişel Obama təəccübləndirməyi bacarıb. Ümumilikdə “Vine” hesabına 4 video yerləşdirən Mişel əyləncəli cavabları ilə hamını özünə heyran qoyub. Barak Obama obrazına girərək Mişelə “Hər dəfə əlinizə bel alanda nə qədər kalori xərcləyirsiniz?” sualını verən Alphacat adlı istifadəçiyə birinci xanımın cavabı gecikməyib.

Əlinə turp alaraq hip-hop musiqisinin sədaları altında rəqs edən Mişelin bu görüntüsü 1 gündə 17 milyon dəfə izlənilib.

Tabloid.az həmin videonu təqdim edir: