"Kral" salatı - Resept

17 Oktyabr 2014 12:57 (UTC+04:00)

Tabloid.az ləziz "Kral" salatının reseptini təqdim edir:

Salat bir neçə təbəqədən, yəni laydan ibarətdir. Mayonez, xama və limon şirəsindən hazırlanmış sous bəzi laylara çəkilir.

1 qat - qaynadılmış düyü

2 qat - sous

3 qat - az duzlu alabalıq

4 qat - xırda doğranmış yumurta

5 qat - pomidor

6 qat - sous

7 qat - krab çöpləri

8 qat - yumurta

9 qat - sous

10 qat - qabığı soyulmuş təzə xiyar

11 qat - krevetka

Qırmızı kürü və göy soğanla üzərini bəzəyin!

Nuş olsun!