Erməni aktyora Cəlil Məmmədquluzadənin kitabını hədiyyə etdilər - Fotolar

18 Oktyabr 2014 16:39 (UTC+04:00)

Rusiyanın “CTC” telekanalında “Большой вопрос” yumoristik teleşousunun ikinci mövsüm buraxılışına start verilib.

Tabloid.az xəbər verir ki, verilişin aparıcısı Vasili Utkin proqram zamanı rusiyalı komediya aktyoru, keçmiş “KVN”-çi Mixail Qalustyana görkəmli azərbaycanlı yazıçı-dramaturq Cəlil Məmmədquluzadənin “Saqqallı uşaq” hekayəsinin yer aldığı kitab həsiyyə edib.

Boydan balaca və saqqalı olan Mixail Qalustyana bu kitabın təsadüfən, ya da bilərəkdən hədiyyə olunması isə bir tək Vasili Utkinə bəllidir...